Maraqlı

1500 dollara ev tikmək mümkündürmü?- Məşhur ekoloqdan məsləhət

1500 dollara ev tikmək mümkündürmü?- Məşhur ekoloqdan məsləhət
 Orlandodan olan təbiət mühafizəçisi Rob Qrinfild özünə cəmi 1500 dollara ev tikib və tikintidə yalnız emal olunmuş materiallardan istifadə edib.

Balaca evin və çöldəki mətbəxin sahəsi 30 kvadrat metrdir. Evin içində bir çarpayı, bir neçə rəf, stol və ərzaqların saxlanması üçün «anbar» var. Xörək hazırlamaq üçün nəzərdə tutulmuş kiçik ərazi çöldə çardaq altında yerləşir. Ekoloqun sözlərinə görə, bunlar komfortlu yaşamaq üçün ona kifayət edir.

«Mən, vaxtmın çox hissəsini təmiz havada, öz bağımda, öz cəmiyyətimdə keçirirəm» – deyə, Rob bildirib. O, özü üçün bütün qidanı özü becərir və planında var ki, bərpa olumayan enerji mənbələrindən tamamilə imtina etsin.
Təzə materiallardan standart ev tikmək ona təxminən, 1 milyon dollara başa gələrdi. Robun ekoevinin tikintisi hələ tam başa çatmayıb. Qrinfild öz layihəsini davam etdirir.

Ev-köşk Qrinfildin iştirak etdiyi ekoloji layihənin bir hissəsidir. O, sübut emək istəyir ki, insan ətraf mühiti çirkləndirmədən, böyük miqdarda resursdan istifadə etmədən də komfortlu yaşaya bilər.

Amerikalının bu təcrübəsinin analoqunu hələ ötən əsrin 80-ci illərində rəhmətlik kimyaçı-akademik, gözəl və sadə insan Xudu Məmmədov işləyib-hazırlamışdı. O, Ağdam rayonunun Mərzili kəndinin kənarında kiçicik, xeyli orijinal bir «bağ evi» tikmişdi və hər il yayda rəhmətlik Bəxtiyar Vahabzadə ilə birlikdə oraya dincəlməyə gedərdi…

XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930