Dünya

Çanaqqala zəfəri, türkün əzəmət günüdür

Çanaqqala zəfəri, türkün əzəmət günüdür
Tarixin bu günü harada nələr baş verib, kimlər xatırlanır? Qısaca nəzər salaq.

1915-ci ildə Çanaqqala sahillərinə qədər gəlib-çıxan müttəfiq ordularına qarşı türk sərkərdəsi Mustafa Kamalın başçılıq etdiyi Osmanlı ordusunun müqaviməti 18 martda zəfərlə nəticələndi.

  Qeyd edək ki, Çanaqqala savaşı Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında 1915-ci ildə Anadolunun Gelibolu yarımadası uğrunda dəniz, quru və hava müharibələri idi.

***

  1940-cı ilin 18 martında Hitler və Mussolini İtaliyada görüşdü və İtaliya Almaniya tərəfində müharibəyə girmək qərarı verdi. Bundan 4 il sonra almanlar Macarıstanı işğal etdi.

***

  1949-cu ilin bu günü NATO quruldu.

  Nato 1949-cu ildə Vaşinqton müqaviləsinin imzalanması ilə təşkil edilmiş hökumətlərarası müdafiə təşkilatıdır.

  Hazırda NATO-nun Şimali Amerikadan 2 və Avropadan 26 üzv dövləti vardır.

  NATO-nun qurulduğu ilk gündən əsas məqsədi kommunizmin qarşısını almaq olsa da, Şərq Bloku və Sovet İttifaqı dağıldıqdan sonra belə fəaliyyətini dayandırmadı. Ortaya çıxan yeni çağırışlara qarşı yeni məqsədlər yaradan NATO Şərqə doğru genişlənir, üzvlərinin sayını artırır və digər qonşu bölgələrdə yerləşən dövlətlərlə də müxtəlif səviyyələrdə əməkdaşlıq proqramları həyata keçirir.

***

  18 mart 1962-ci ildə Fransanın Əlcəzair soyqırımı bitdi.

  1954-ci ildə başlayan Əlcəzair qiyamı bütün səylərə baxmayaraq dayanmaq bilmirdi və nəticədə 8 il ərzində təxminən 1,5 milyon əlcəzairli həyatını itirdi.

***

  1965-ci il martın 18-də sovet kosmonavtı Aleksey Leonov "Vosxod-2” gəmisindən ilk dəfə olaraqaçıq kosmosa çıxdı və 20 dəqiqə hava boşluğunda qaldı.

***

  18 mart 2010-cu ildə TRT-nin xəbər kanalı – TRT Haber yayım həyatına başladı.

***

18 martda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  18 mart 1584-cü ildə Rusiya imperiyasının yaradıcısı və amansızlığı ilə tanınan rus çarı İvan Qroznı ölüb.

  Tədqiqatçılar onun böyük ehtimalla zəhərləndiyini iddia edir.

***

  18 mart Azərbaycanın məhşur xanəndəsi Xan Şuşinskinin xatirə günüdür.

  1901-ci ildə Qarabağın mərkəzi Şuşada anadan olan Xan müstəsna istedadı, geniş diapazonlu gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərində şöhrət qazanmışdı.

  O, Azərbaycan muğamlarını zənginləşdirərək yeni xallar və şöbələr artırıb. "Şuşanın dağları”, "Məndən gen gəzmə”, "Ay gözəl” və başqa mahnıların müəllifi olan Xan Şuşinski həm də Azərbaycan Dövlət Filarmoniyasının solisti (1939) idi.

  Görkəmli xanəndə 1979-cu ilin bu günü 78 yaşında dünyasını dəyişib. (1901-1979)

***

  Güney Azərbaycanlı jurnalist və ədəbiyyat tədqiqatçısı Həmid Məmmədzadə1924-cü ilin 18 martında Şərqin qədim mədəniyyət beşiyi olan Təbriz şəhərində dünyaya göz açıb və ilk təhsilini də buradakı məktəblərdə alıb.

  H.Məmmədzadə ilk məqalələrini Təbrizdə "Azad millət", "Cavanlar" qəzetlərində (1946) çap etdirib.

  1946-cı ildə 21 Azər hərəkatının xəyanətə uğraması nəticəsində o, bir çox döyüş və mübarizə dostları kimi Bakıya köçməli oldu. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini, sonra Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib.  

  "İnqilabçı, junralist, yazıçı Pişəvəri: həyatı, mühiti, yaradıcılığı”, "Axundov və Şərq” mövzularında dissertasiyaların müəllifi olan Həmid Məmmədzadə M.F.Axundov, Əlişir Nəvai, Hafiz Şirazi, Şəhriyar, Mirzə Ağa Təbrizi, M.Ş.Vazeh və başqalarının ədəbi yaradıcılığına aid də çox dəyərli sənədləri aşkara çıxaran alim olaraq tanınır. Onun M.T.Zehtabi, Rza Qazi, Əbülfəz Hüseyni, Əli Tudə və başqaları ilə yazışmaları var.

  Həmid Məmmədzadənin "M.F.Axundov və Şərq", "Məşrutə inqilabi ərəfəsində və dövründə İran ədəbiyyatı", "Bahar Şirvani", "Seyid Cəfər Pişəvəri", "Təbriz xatirələri" və s. əsərləri, bədii yaradıcılıq nümunələri olan "Fədai" povesti, "Şimal hekayələri", "Oğurlanmış abidə", "Təbriz təbəssümü", "Azadlıq həsrəti" və s. hekayələri bu gün də öz aktuallığını saxlayır, maraqla oxunur, tədqiq edilir.

XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930