Krİmİnal

Bakıda ata öz məktəbli qızına tamah saldı

Bakıda ata öz məktəbli qızına tamah saldı
Yetkinlik yaşına çatmayan qızını zorlayan ata 1-ci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
 
Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri etmə; aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə məhkum olunan Hacıyev Nuşirəvan Hüseyn oğlunun məhkəmə prosesinin hazırlıq iclası Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə keçirilib. Təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Xatırladaq ki, ötən ilin dekabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qızına qarşı seksual xarakterli hərəkətlər edən Nuşirəvan Hacıyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

Onun işi üzrə zərərçəkmiş isə yetkinlik yaşına çatmayan doğma qızıdır. Ata N.Hacıyev qızına qarşı mütəmadi olaraq zorakı yolla seksual hərəkətlər etməkdə ittiham olunur. Belə ki, N.Hacıyev məktəbdən gələn qızının paltarını dəyişdiyini görüb, ona qarşı seksual xarakterli hərəkətlər edib. Qız isə atasından qorxaraq bu barədə anasına heç bir söz deməyib. Ancaq bir gün ata eyni əməli qızına qarşı törədərkən, həyat yoldaşı iyrənc hərəkətin şahidi olub və dərhal polisə məlumat verib.

Ölkə.az


XƏBƏR LENTİ

«    Aprel 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930